Ecopaper MMC 2019-cu ildə yaradılmış ticarət və idxal şirkətidir. Şirkətimiz əsasən təbaşirlənmiş və təbaşirlənməmiş kağız və karton növləri daxil olmaqla, xüsusilə Avropa ölkələrindən müxtəlif kağız və karton növlərinin idxalı və topdan satışı ilə məşğuldur.
Əsas müştərilərimiz mətbəə və poliqrafiya ilə məşğul olan sahibkarlar və müəssisələrdir. Onlar müxtəlif qutu və qablaşdırma, dəftərxana məhsullarının çapı, hazırlanması üzrə ixtisaslaşmışlar.
Müştərilərimizə ən yaxşı və keyfiyyətli kağız, karton məhsullarını daha sərfəli qiymətlərə təqdim etməyi hədəfləyirik. Məqsədimiz, güclü müştəri xidməti, keyfiyyət və sədaqəti aşılayaraq gəlirliyimizi və davamlı böyümə sürətimizi qorumaqdır.
EcoPaper , məhsul seçimlərinizdə qiymət gözləntilərinizə uyğun alternativlər təqdim edir. Şirkət siyasətini “müştəri məmnuniyyəti” istiqamətində formalaşdıran EcoPaper, bütün müştəriləri üçün münasib qiymət həlləri ilə keyfiyyət zirvəsini tapmağa dəvət edir.
EcoPaper olaraq prioritetimiz ölkəmizi dünyanın ən keyfiyyətli kağız və karton məhsulları ilə tanış etməkdir. EcoPaper-in işlədiyi markalar, dünyada qazandıqları sertifikatlarla keyfiyyətlərini sübut edən və yüksək müştəri məmnuniyyətinə sahib markalardır.
Sifariş verilmiş məhsulun eyni gündə və ya hətta tələb olunan vaxtda müştərilərimizə çatdırılmasını təmin etmək əsas xidmətimizdir. Azərbaycanın hər bölgəsinə xidmət edirik.
EcoPaper tərəfindən ən qiymətli sərvətlərimiz və irsimiz olan meşələrimizi gələcəyə aparmaq üçün tələb olunan bütün milli və beynəlxalq tədbirlər və investisiyaların addımları atıldı.
Kağız və karton son istifadəsinə görə müxtəlif xüsusiyyətlərdə istehsal olunur.Həll olaraq müştərilərimizə müxtəlif kağız və karton növləri təklif edirik;
EcoPaper olaraq, hər zaman ən uyğun qiymət siyasəti ilə parlaq kağız, bristol kağızı, krome karton, digər kağız və karton satış xidmətlərini təqdim edirik. Qiymətlər haqqında məlumat almaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.